Polşadan şok: Ukrayna Rusiya ərazisinə zərbə endirməlidir

  • By admin
  • 03 Yanvar 2024 13:35

Ukrayna hələ də Rusiya ilə bərabər şəraitdə mübarizə aparmaq üçün lazımi silahlara malik deyil.

Gununsesi.info axar.az-a istinadən bildirir ki, bunu Polşa xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski deyib.

O, Qərbi Kiyevə daha çox yardım göstərməyə çağırıb:

“Ukraynanın Rusiya ilə münaqişədə gec-tez uduzacağı mövqeyini bölüşmürəm. Kiyevin təkcə Krımda deyil, həm də Rusiyanın ərazisindəki hədəfləri vura biləcək daha yaxşı silahlara və raketlərə ehtiyacı var”.

Gununsesi.info