
Polşanın Kənd Təssərrüfatı Naziri Robert Telus Ukraynaya çağırış edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazir Robert Telus açıqlamasında rəsmi Kiyevi Varşavanın əleyhinə Dünya Ticarət Təşkilatına(DTT) verdiyi şikayəti geri götürməyə səsləyib.
Telus Ukraynadan olan həmkarı Mykola Solsky ilə on-line görüşdən sonra düşüncələrini dilə gətirib.
Telus taxıl mövzusunda ölkəsinin yanaşmasının birmənalı olduğunu bildirib.
“Ukraynadan geri gələn taxıl Polşa bazarına girə bilməz. Ukrayna tərəfi mövqeyimizi anlayır. Ukrayna taxılının Avropaya problemsiz şəkildə keçə bilməsi üçün işbirliyi mexanizmlərinin qurulması gərəkdir”, – deyə Polşa yetkilisi vurğulayıb.
Telus Ukraynanı ölkədən taxıl məhsullarının idxalına tətbiq etdiyi sanksiyaların uzadılması səbəbi ilə Polşa əleyhinə DTT-yə verdiyi şikayəti geri götürməyə çağırıb.
Tərcümə: Arzu