Polşanı tərk edən Gürcüstanın sabiq prezidenti, Odessanın sabiq qubernatoru, Ukrayna vətəndaşlığından məhrum edilən Mixail Saakaşvili Litvaya gedib.
Gununsesi.info rian.ru-ya istinadən xəbər verir ki, Vilnüsə gedən Mixail Saakaşvili burada Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiyasında iştirak edib.
Litva vətəndaşlığı almaq barədə niyyətinin olub-olmaması ilə bağlı jurnalistlərin suallarını cavablandıran Saakaşvili Ukrayna vətəndaşlığını bərpa etmək uğrunda səylərini davam etdirəcəyini bildirib. “Ukrayna vətəndaşlığım qanunsuz olaraq ləğv edildiyindən, mən Ukrayna vətəndaşlığını geri qaytarmaq niyyətindəyəm. Çoxsaylı ukraynalı bu hadisəyə görə qəzəblənib. Əgər mən bu qanunsuz hərəkətə qarşı mübarizə aparmasam, onlar özlərini aldadılmış hesab edəcəklər”- deyə, Saakaşvili vurğulayıb.
Bir müddət öncə Avropa parlamentinin deputatı Pyatras Auştryaviçius Mixail Saakaşvilinin Litva vətəndaşlığı alması ilə bağlı təkliflə çıxış edib.
Pyotr Poroşenko 2017-ci il iyulun 26-da Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edilməsi barədə qərar verib.
Gununsesi.info