Polşanın müdafiə naziri: Patriot kompleksləri artıq Ukraynaya gəlib

Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşçak bildirib ki, Ukrayna Polşa sayəsində “Patriot” zenit-raket kompleksləri və ilk “Leopard” tanklarını alıb. O, onların nömrəsini açıqlamayıb. Nazir aydınlaşdırıb ki, hərbi əməliyyatlar başlayandan bəri Polşa Ukraynaya 2,2 milyard avro dəyərində silah ötürüb.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.

“Vurğulamalıyam ki, Polşanın səyləri sayəsində “Patriot” batareyaları və ya ilk “Leopard” tankları, digərləri ilə yanaşı, artıq Ukraynaya çatıb. Biz təkcə yardımın köçürülməsinin əsas nöqtəsi deyil, həm də ən böyük donorlardan biriyik”, – deyə cənab Blaszczak bildirib.

Patriotun göndərilməsi ABŞ-ın 21 dekabr 2022-ci ildə elan etdiyi hərbi yardım paketinin bir hissəsi kimi planlaşdırılırdı. Yanvarda ABŞ prezidenti Co Baydenlə danışıqlardan sonra Almaniya kansleri Olaf Şolz Berlinin də Kiyevə Patriot sistemləri göndərəcəyini açıqlamışdı. Yanvarın 16-da Ukrayna hərbçiləri komplekslərdən istifadə üzrə təlim keçmək üçün ABŞ-a gəliblər, elə həmin gün Almaniyada da analoji təlimlər başlayıb. Hollandiyanın baş naziri Mark Rutte də Patriot komplekslərini Ukraynaya keçirmək niyyətindən danışıb.
Tərcümə: Adil
Gununsesi.info