Polşaya raket atıldı, Sunak-Cinpin görüşü ləğv edildi

G20 sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Rişi Sunakla Çin Prezidenti Si Cinpin arasında bu gün keçirilməsi planlaşdırılan görüş ləğv edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Britaniyanın “Daily Mail” qəzetinin müxbiri Cons Stivens öz sosial şəbəkə hesabında açıqlayıb.

HTML tutorial

Məlumata görə, noyabrın 15-i Polşa ərazisinə raket düşməsi ilə bağlı insidentdən sonra G20 sammitinin cədvəlinə yenidən baxılıb və sözügedən görüş ləğv edilib.

Daha əvvəl yayılan məlumatda qeyd olunurdu ki, Rişi Sunak demək olar ki, son 5 ildə Çin Prezidenti Si Cinpinlə görüşən ilk Britaniya Baş naziri olacaq.

Xatırladaq ki, noyabrın 15-i Polşa ərazisinə 2 raket düşüb. Raketlərin taxıl qurutma maşınlarına dəyməsi nəticəsində iki nəfər həlak olub. Polşanın Xarici İşlər Nazirliyi raketlərin Rusiya istehsalı olduğunu bildirib. Buna baxmayaraq, Polşa Prezidenti Andjey Duda qeyd edib ki, Varşava ölkəyə məhz hansı ölkənin raketlərinin düşməsi barədə dəqiq məlumata sahib deyil. Amerikalı məmurlar isə, Ukrayna qoşunlarının Rusiya raketlərini vurmaq üçün atdığı raketlərin Polşaya düşdüyünü deyib.

Gununsesi.info