Donbasın müdafiəsi üzrə xüsusi əməliyyat zamanı Rusiyanın nüvə silahından istifadə etməsi ehtimalı ilə bağlı ortaya atılan iddialar tamamilə əsassızdır. Bu barədə Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski təşkilatın YouTube kanalında birbaşa yayımlanan BMT-nin Tərksilah Komissiyasının iclasında çıxışı zamanı bəyan edib.
“Bu cür bəyanatlar anti-Rusiya əhval-ruhiyyəsini gücləndirməyə yönəlib və Rusiya Federasiyasının təhlükəsizlik və müdafiə sahəsində sırf müdafiə xarakterli milli siyasətini nəzərə almır”, – deyə Polyanski qeyd edib.
Onun sözlərinə görə, Rusiya nüvə silahından yalnız özünə qarşı istifadə olunarsa və ya Rusiya dövlətinin mövcudluğunu təhlükə altına alan təcavüz təhlükəsi ilə üz-üzə qalarsa, istifadə edə bilər. Polyanski vurğulayıb ki, bu mümkün ssenarilərin xüsusi əməliyyat zamanı yaranan vəziyyətlə heç bir əlaqəsi yoxdur.
Gununsesi.info