Noyabrın 1-də Bərdənin Xanərəb kəndində pomidor turşusundan zəhərlənən Məmmədovlar ailəsinin sonbeşiyi – 5 yaşlı Cahid Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Trend-ə Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva məlumat verib.
Xatırladaq ki, noyabrın 1-də axşam saatlarında Bərdə raynunun Xanərəb kəndində pomidor turşusundan zəhərlənən 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov və 5 yaşlı Cahid Məmmədov ağır vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
C.Məmmədovun vəziyyəti kritik olduğundan o, süni nəfəs aparatına qoşulmuşdu.
Gununsesi.info