Pompeo ABŞ-ın Çinin hərbi potensialını artırmasından narahat olduğunu bildirib

  • By admin
  • 04 Sentyabr 2020 21:44

“ABŞ Çin Xalq Respublikasının hərbi potensialını artırmasından narahatdır”. 

Gununsesi.info TASS-a istinadən xəbərv verir ki, bunu cümə günü ABŞ Dövlət katibi Mayk Pompeo “Fox News”a verdiyi müsahibədə deyib.

Pompeo, həmçinin, ABŞ Prezidenti Donald Trampın ABŞ-ın təhlükəsizliyini təmin edəcək mövqe ortaya qoyacağından əmin olduğunu bildirib: “Çin Silahlı Qüvvələrinin gücləndirilməsi prosesi çoxdan davam edir və sürətlənir. Prezident Tramp isə öz növbəsində təhdidlərə qarşı Kosmik Qüvvələrin yaradılması kimi ehtiyacımız olan imkanları təmin edir”.

O, əlavə edib ki, Tramp administrasiyası dövründə ABŞ-ın hərbi büdcəsi 700 milyard dolları keçib: “Bu baxımdan deyə bilərik ki, silahlı qüvvələrimizin ehtiyac duyduğu hər şey var”.

 

 

Gununsesi.info