
AKP hakimiyyətinin Türkiyə Cümhuriyyəti qurucusu Mustafa Kamal Atatürkün qərarını dəyişərək, dünyada məşhur muzey kimi tanınan İstanbul Aya Sofyanı məscidə çevirməsi beynəlxalq tənqidlərə səbəb olub.
Gununsesi.org-un dünya mediasına istinadən verdiyi xəbərə görə, Ərdoğanın bu addımına ilk etiraz ABŞ hökumətindən gəlib.
Adıçəkilən ölkənin dövlət katibi Mike Pompeo Ay Sofyanın bir muzey olaraq saxlamasına çağırıb: “Bu muzey fərqli düşüncələrin, fərli inanclı insanların cəmləşdiyi bir məkan kimi qalmalıdır. Türkiyə hökuməti tarixə sayğı göstərməlidir. Biz Türkiyəni buna çağırırıq.