Pompeo Çavuşoğlu ilə görüşəcək

  • By admin
  • 04 İyun 2018 10:14

ABŞ dövlət katibi Mayk Pompeo Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Gununsesi.info Trend-ə istinadən bildirir ki, Vaşinqtonda keçiriləcək görüş zamanı tərəflər Mənbic yol xəritəsini təsdiqləyəcəklər.

 Görüş zamanı həmçinin digər ikitərəfli, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər də müzakirə olunacaq.