Pompeo Navalnının vəziyyəti ilə bağlı Rusiyanın vəzifəli şəxslərini ittiham etdi

ABŞ dövlət katibi Mayk Pompeo rusiyalı müxalif Aleksey Navalnının düşdüyü vəziyyətdə Rusiyanın yüksək vəzifəli məmurlarının əli ola biləcəyini deyib.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, amerikalı jurnalistin müvafiq sualını cavablandıran zaman bildirib.

Diplomatın sözlərinə görə, dünyanın hər yerində insanlar belə düşünür:

“Onlar bunun yüksək səviyyəli Rusiya rəsmiləri tərəfindən baş verməsi ilə bağlı əhəmiyyətli bir ehtimalın olduğunu anlayırlar. Bunun Rusiya və ruslar üçün pis olduğunu düşünürəm”.

O, qeyd edib ki, Vaşinqton, Avropa İttifaqı (Aİ) və bir sıra Avropa ölkələri Moskvaya “cavabdehlərin cəzalandırılacağına” ümid bəslədiklərini bildiriblər:

“Bu məsələdə kimin cavabdeh olduğunu aydınlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.

Gununsesi.info