Pompeo Səudiyyə şahzadəsi ilə İranı müzakirə etdi

  • By admin
  • 19 Sentyabr 2019 10:05

ABŞ-ın dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının valiəhd şahzadəsi Məhəmməd bin Salman Al Səudla görüşüb.

Gununsesi.org “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmisi özünün “Twitter” səhifəsində yazıb.

Görüşdə ərəb krallığının neft infrastrukturuna qarşı yönəldilmiş hücumlar müzakirə olunub.

Diplomatın sözlərinə görə, Amerika tərəfi Səudiyyə Ərəbistanının özünümüdafiə hüququnu dəstəkləyir.

“İran rejiminin təhlükəli davranışı yolverilməzdir”, — deyə ABŞ-ın dövlət katibi bildirib.

Gununsesi.org