Pornoqrafiya yayan diplomat HƏBS OLUNDU

  • By admin
  • 08 Aprel 2018 00:26

Vatikan tribunalı Vaşinqtondakı nunsiaturun sabiq əməkdaşı, pornoqrafik materiallar saxlamaq və yaymaqda ittiham olunan monsenyor Karlo Kapellanın həbsi barədə order verib.

Gununsesi.info bildirir ki, bu barədə Müqəddəs taxt-tacın mətbuat xidməti məlumat yayıb.

Hazırda o, jandarmeriyanın kazarmasında saxlanılır.

Kapellanın həbsi barədə qərar 2017-ci ilin sentyabrında verilib.

Gununsesi.info