Poroşenko alkoqol və narkotik maddə testindən keçəcək - RƏQİBİNİN TƏLƏBİ İLƏ

  • By admin
  • 05 Aprel 2019 09:27

Ukraynada hazırkı prezident Petro Poroşenko prezidentliyə namizəd Vladimir Zelenskinin tələbi ilə onunla birlikdə alkoqol və narkotik maddə testindən keçməyə razılıq verib.

Gununsesi.org Ukrayna mediasına istinadən xəbər verir ki, test nümunələrinin hər iki tərəfin etibar edə biləcəyi laboratoriyada yoxlanılması təklif edilib.

 Zelenski testin Kiyevdə Olimpiya stadionundakı tibbi mərkəzdə keçirilməsini istəyib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin 2-ci turu 21 apreldə keçiriləcək. 1-ci turda Zelenski 30.25 faiz səslə lider olub.