Poroşenko dünya birliyindən Putinə qarşı bu sanksiyaları İSTƏDİ

  • By admin
  • 22 Fevral 2022 11:32

Kreml “Luqansk və Donetsk xalq respublikaları”nın müstəqilliyini tanımaq qərarı ilə bəşəriyyəti yeni dünya müharibəsi astanasına aparır.

Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko sosial şəbəkədə bildirib.

“Putin qarşıdurmanı seçdi və nəhayət “soyuq müharibə” dövründən sonra yaradılmış beynəlxalq hüquq və asayiş sistemini məhv etdi. Mən Rusiyanın qondarma DXR və LPR-nin “müstəqilliyini tanımaq” qərarını qətiyyətlə pisləyirəm. Xüsusi vurğulamalıyam ki, bugünkü cinayət qərarı ilə, Kreml dünyanı yeni dünya müharibəsinin astanasına itələyir. Putin bizim suverenliyimizə nifrət edir, müstəqilliyimiz ona çox əziyyət verir, uğurlarımızı o qədər də görmək istəmir”, – Poroşenko vurğulayıb.

Onun sözlərinə görə, Moskva öz qərarı ilə Ukrayna ərazilərinin uzunmüddətli işğalını qanuniləşdirəcək.

“Putin Ukraynanın müstəqilliyini hədələyib və təhdid etməkdə davam edir, bunun üçün o, kollektiv Qərblə qeyri-müəyyən qarşıdurmaya hazırdır… Bu qərar nəhayət, Minsk razılaşmalarını məhv edir və Moskvanın vəziyyətin daha da gərginləşməsi istiqamətində növbəti addımıdır”, – Poroşenko əlavə edib.

Keçmiş dövlət başçısı beynəlxalq tərəfdaşları da Vladimir Putinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

“Əhəmiyyətli dəstək və köməyə görə tərəfdaşlarımıza təşəkkür edirəm, mən onları Rusiya prezidenti Vladimir Putin və onun ətrafına, Rusiya Təhlükəsizlik Şurasının dünənki iclasının bütün üzvlərinə, rusiyalı oliqarxlara və Rusiya parlamentinin hər iki palatasının deputatlarına qarşı dərhal sanksiyalar tətbiq etməyə çağırıram”.

Gununsesi.info