Poroşenko ilə bağlı şok iddia - UKRAYNA PREZİDENTİ İSPANİYAYA QAÇMAĞA HAZIRLAŞIR

  • By admin
  • 02 Mart 2017 21:25

porosenko

Ukrayna dövlət başçısı Pyotr Poroşenko İspaniyaya qaçmağa hazırlaşır.

Gununsesi.info tvzvezda.ru saytına istinadən xəbər verir ki, bu iddia ilə Ukrayna Ali Radasının  sabiq deputatı Vladimir Oleynik çıxış edib.

Belə ki, Ukrayna prezidentini ölkədən qaçmağa çalışmaqda ittiham edən sabiq deputat özünün feysbuk səhifəsində paylaşdığı məlumatda Poroşenkonun İspaniyaya pul və sənət əsərləri ilə dolu iki təyyarə göndərdiyini bildirib.

Oleynik bu məlumatı gömrük işçilərindən və Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarından aldığını da qeyd edib: “Poroşenko hər kəsi sadəcə əl baqajı ilə qaçdığına inandırmağa çalışacaq”. Sabiq deputatın sözlərinə görə, iki təyyarə dolu pul və sənəd diplomatik yük kimi qeydiyyata alınıb.

Gununsesi.info