
Ukrayna prezidenti Petr Poroşenko Krımda körpü tikintisi nəticəsində dəymiş “ekoloji ziyana” görə Rusiyanı məhkəməyi verməyi tapşırıb.
“Report”un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko deyib.
“Prezident Kerçensk körpüsünün tikintisindən dəymiş ekoloji ziyana görə RF-ni məhkəməyə verməyə tapşırıb”, – Tseqolko “Twitter”də yazıb.
Bununla belə o, Poroşenkonun hansı məhkəməyə müraciət etdiyini qeyd etməyib.
Qeyd edək ki, Ukrayna tərəfi Azov dənizində suyun kimyəvi tərkibinin dəyişəcəyindən ehtiyat edir.
Gununsesi.info












