Poroşenko Merkelin qələbəsini təbrik etdi

  • By admin
  • 25 Sentyabr 2017 09:20

Pyotr Porosenko

Ukrayna Prezidenti Pyotr Poroşenko Almaniya kansleri Angela Merkeli Bundestaq seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Svyateslov Tseqolko Tviter hesabında yazıb.

“Qələbə Ukraynanı ərazi bütövlüyünün bərpasına və onun vahid Avropadakı gələcəyinə yaxınlaşdırır”, – təbrikdə deyilir.

Angela Merkeli qələbə münasibəti ilə həmçinin Ukraynanın Baş naziri Vladimir Qroysman təbrik edib.

Gununsesi.info