Poroşenko Saakaşvilini vətəndaşlığından çıxarır

  • By admin
  • 17 Noyabr 2016 11:38
sarkasvili
Ukrayna prezidenti Pyotr Poroşenko Odessanın sabiq qubernatoru Mixail Saakaşvilinin ölkə vətəndaşlığından çıxarılması barədə göstəriş verib.
Gununsesi.info xəbər verir ki, bunu M. Saakaşvili öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, bu barədə ona  məlumatlı mənbələrdən veriblər. Saakaşvili bildirik ki, onu məhkəmə yolu ilə vətəndaşlıqdan məhrum etmək istəyirlər. Bu məqsədlə  P.Poroşenko  parlamentdəki silahdaşları olan deputatlar İqor Kononenko və Aleksandr  Qranovskiyə göstəriş verib.
Saakaşvili onu da əlavə edib ki, əgər bir şəxsin başqa ölkə vətəndaşlığı yoxdursa, o zaman beynəlxalq  hüquq və Ukrayna qanunvericiliyi  Ukrayna vətəndaşını vətəndaşlıqdan çıxarmağı qadağan edir.
Qeyd edək ki, M. Saakaşvili noyabrın 7-də  Odessa qurbernatoru vəzifəsindən istefa verib.
Gununsesi.info