Poroşenko sözünü tutdu - Kiyevə gələn sabiq prezidentin pasportu əlindən alındı

  • By admin
  • 17 Yanvar 2022 16:05
Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko bir neçə gün əvvəl xalqı qarşısında verdiyi sözəl əməl edərək, Kiyevə gəlib.
Gununsesi.info-nun məlumatına görə, Varşavadan təyyarəyə minən sabiq prezidenti qarşılamaq üçün Kiyev hava limanında tərəfdarları, deputatlar və QHT təmsilçiləri də toplanıb.

Kiyevə enən Poroşenko sosial şəbəkə vasitəsilə canlı yayım açıb.
Sabiq prezident deyib ki, ölkəsinin polisi tərəfindən hava limanında hörmətsizliklə üzləşib:
”Onlar pasportumu alıb. Guya, məni tanımırlar.  Ölkəyə buraxmamaq üçün müxtəlif ssenarilər çızmağa çalışdılar“. 
Xatırladaq ki, Poroşenko Donbas terrorçularına dəstək verməsi ilə bağlı ittiham olunur. Ona qarşı “vətənə xəyanət” ittihamı verilib.
Gununsesi.info