Poroşenko: “Trampla görüş barədə razılığa gəldik”

  • By admin
  • 17 Yanvar 2017 19:16

porosenko

 

Ukrayna prezidenti Pyotr Poroşenko Donald Trampın andiçmə mərasimindən sonra ABŞ-a səfər edərək onunla görüşəcəyini bildirib.

Gununsesi.info-nun xəbərinə görə, P. Poroşenko bunu “Bloomberg“ə müsahibəsində deyib. O, bu barədə Trampla razılığa gəldiklərini söyləyib: “Mən seçkidən sonra Trampa telefon edən ilk liderlərdən biri oldum. Biz görüş barədə razılığa gəldik”.

  1. Poroşenkonun sözlərinə görə, Rusiyaya tətbiq olunmuş sanksiyalar yalnız o vaxt götürülə bilər ki, bu ölkə öz qoşunlarını Ukraynadan çıxarsın və Ukrayna ərazilərinin işğalına son qoysun.

 

Gununsesi.info