Ukraynanın beşinci prezidenti Petro Poroşenko deyib ki, yenidən dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırır.
Gununsesi.info bildirir ki, o, bu barədə Əl-Cəzairə telekanalına müsahibəsində deyib. Siyasətçi əlavə edib ki, bunun üçün müharibənin başa çatmasını gözləmək lazım gələcək:
“Bəli mən növbəti prezident seçkisində iştirak etmək niyyətindəyəm. Amma bu seçkilər üçün bizə əvvəlcə qələbə lazımdır”.
Keçmiş prezident bunu da deyib ki, əgər Ukrayna Avropa İttifaqına üzv olsa, o da Avropa Parlamenti üzvlüyünə namizədliyini verəcək.
Bundan əvvəl ABŞ-ın Fox News telekanalına müsahibəsində indiki prezident Volodimir Zelenski demişdi ki, o növbəti seçkinin nəzərdə tutulduğu vaxtda, yəni 2024-cü ilin martında keçirilməsini istərdi.
Lakin onun sözlərinə görə müharibə şəraitində hamının səsvermə hüququnu təmin etmək son dərəcə çətin olardı. Buna görə də seçki müharibə başa çatanda keçiriləcək.
Petro Poroşenko prezident vəzifəsini 2014-2019-ci illərdə icra edib.
Elmar
Gununsesi.info