“Portuqaliya Britaniyaya uçuşları dayandıracaq” – Baş naziri Antoniu Koşta

  • By admin
  • 22 Yanvar 2021 11:08

Portuqaliya hökuməti yeni koronavirus ştammının yayılmasının qarşısını almaq üçün yanvarın 23-dən etibarən Böyük Britaniya ilə uçuşların dayandırılmasına qərar verib.

Gununsesi.org Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Antoniu Koşta deyib.

Onun sözlərinə görə, ölkələr arasında yalnız gəlmək üçün uçuşlar həyata keçiriləcəkdir.

Baş nazir qeyd edib ki, bu addım əvvəllər Birləşmiş Krallıqda aşkar edilən mutasiyaya uğramış koronavirus ştammı ilə “infeksiya riskini” azaltmaq məqsədi daşıyır.

Gununsesi.org