Portuqaliya kilsələrində də cinsi zorakılıq var - HASABAT AÇIQLANACAQ

  • By admin
  • 03 Fevral 2023 13:49

 Fevralın 13-də Portuqaliya Katolik Kilsəsində uşaqların cinsi istismarı hallarını araşdıran müstəqil komissiyanın yekun hesabatı dərc olunacaq.

Bu barədə Gununsesi.info The Abuse-yə istinadən xəbər verir.

Məlumata görə , onların aldığı 424 arayış, hüquq nöqteyi-nəzərindən bu cinayətlərin əksəriyyətinin müddətinin artıq keçdiyini qeyd edib.

“Bu ifadələrdə çoxlu oxşar məlumatlar var ki, bu da onların etibarlılığını vurğulayır, həm də vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Bütün bunlar onilliklər ərzində baş verib və bəzi yerlərdə miqyası sadəcə ağlagəlməzdi”, – komissiyanın rəhbəri Pedro Streşt bildirib.

Müstəqil komissiyanın təqdim etdiyi rəqəmlər cinsi zorakılıq sahəsində çalışan əməkdaşlar üçün təəccüblü olmayıb.

Portuqaliya Cinayət və Zorakılıq Qurbanlarına Dəstək Assosiasiyasının nümayəndəsi Carla Ferreira deyib ki, bu, əhəmiyyətli rəqəmdir, lakin biz başa düşməliyik ki, mövcud olan məlumatlar okeanda bir damladır: “Ümumilikdə bu ərazidə nə baş verdiyi barədə artıq təsəvvürümüz var. Biz yaxşı bilirik ki, zorakılıq halları ilə bağlı yalnız üçdə birində cəmiyyətə xəbər edilir”.

Byu arada Katolik Kilsəsi müvafiq tədbirlər görməyə hazır olduğunu bildirib.

Martın əvvəlində müstəqil komissiyanın yekun hesabatına baxmaq üçün Portuqaliya Katolik Yepiskopluğunun plenar iclası keçiriləcək.

 

Tərcümə:

Adil Elxanoğlu