Portuqaliya klubu I turdan sonra baş məşqçisi ilə yollarını ayırıb

  • By ilhame
  • 12 Avqust 2024 13:35

Portuqaliyanın “Braqa” klubu baş məşqçisi Daniel Sousa ilə yollarını ayırıb.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə Braqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

38 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

 

Qeyd edək ki, Daniel Sousa may ayından komandaya rəhbərlik edirdi. Onunla 2 illik sözləşmə imzalanmışdı. “Braqa” ötən gün ölkə çempionatının I turunda “Eştrela” ilə heç-heçə edib – 1:1.

Gununsesi.info