Portuqaliya Ukraynaya 100 milyon avro dəyərində hərbi yardım edəcək

Portuqaliya Ukraynaya 95 milyon avro məbləğində əlavə yardım göndərmək niyyətindədir.

Gununsesi.info xəər verir ki, bu barədə Portuqaliyanın Baş naziri Luis Monteneqro NATO sammiti zamanı Vaşinqtonda jurnalistlərə bildirib.

“Portuqaliya Ukraynanı qeyd-şərtsiz dəstəkləyir.  Mən də bildirmək istəyirəm ki, bu il bir qədər sonra biz verilən 126 milyon avroya daha 95 milyon avro əlavə edəcəyik”, -deyə o söyləyib.

İyulun 10-da Portuqaliya baş naziri bildirib ki, ölkəsinin Ukraynaya yardımı bu il təxminən 220 milyon avroya çatacaq və ölkə 2025-ci ildə də Ukraynaya eyni məbləğdə yardım göstərmək niyyətindədir.

Xatırladaq ki, bu ilin may ayının 28-də Ukrayna və Portuqaliya 2024-cü ildə Kiyevə ilkin olaraq 126 milyon avro hərbi yardım ayırmasını nəzərdə tutan təhlükəsizlik sazişi imzalayıblar.

Lissabon, həmçinin “F-16” qırıcılarının göndərilməsi üzrə beynəlxalq koalisiyada, dəniz koalisiyasında, həmçinin Kiyev üçün iriçaplı sursatların alınması proqramlarında və Ukrayna ərazisindən minaların təmizlənməsi səylərində iştirakını təsdiqləyib.

 

 

Ceyhun

Gununsesi.info