Ronaldonun komandası Avstriya ilə qolsuz bərabərə qalıb
“Avro-2016”da qrup mərhələsinin oyunları davam edir. Gununsesi.info xəbər verir ki, iyunun 18-də F qrupunun oyunları keçirilib.
Qrupda yer alan Portuqaliya komandası Avstriya ilə üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb. İlk matçda İslandiya ilə 1:1 bərabərə qalan portuqallar bu görüşdə də qələbə qazana bilməyib.
Qarşılaşmanın 79-cu dəqiqəsində Kriştian Ronaldo penalti zərbəsini qola çevirə bilməyib.