Portuqaliyada növbədənkənar parlament seçkiləri keçirilir.
Seçki məntəqələri yerli vaxtla saat 8.00-dan (Bakı vaxtı ilə 12.00) 19.00-dək (Bakı vaxtı ilə 23.00) fəaliyyət göstərəcək.
Səsvermənin nəticələrinə əsasən, Respublika Məclisinə 22 seçki dairəsi üzrə 230 deputat seçiləcək.
Qeyd edək ki, ölkə parlamenti Antonio Kostanın sosialist hökumətinin təqdim etdiyi dövlət büdcəsini təsdiq edə bilmədikdən sonra prezident Marselo Rebelo de Sousa tərəfindən buraxılıb.
Məlumat üçün bildirək ki, Portuqaliyada parlament dörd il müddətinə seçilir.
Gununsesi.info