Portuqaliya və Qana yığmaları arasında keçirilən görüşdə hesab dəyişib.
Gununsesi.info xəbər verir ki, portuqaliyalı dünya ulduzu Kriştiano Ronaldo 65-ci dəqiqədə penaltidən fərqlənib.
Gərgin keçən görüşdə 8 dəqiqə sonra Qana komandası hesabı bərabərləşdirib.
Ardınca əks-hücuma keçən Portuqaliya yığması rəqib müdafiəçilərin səhvindən yararlanaraq bir neçə dəqiqə fərqlə sayca üçüncü qolunu vurub.
Dünya çempionatının ilk matçında inamlı oyun nümayiş etdirən Qana komandası 89-cu dəqiqədə hesab arasında fərqi minimuma endirib.
Portuqaliya – Qana – 3:2 (İkinci hissə)
Qol: Kriştiano Ronaldo, 65-pen. (1:0), Andre Ayev 73 (1:1), Joa Feliks, 78 (2:1), Rafael Leao, 80 (3:1)
Baş hakim: İsmail Elfat (ABŞ)
“Stadiium 974” arenası
Gununsesi.info