Pozulan faylları bərpa etmək mümkün olacaq- "WHATSAPP"DA YENİLİK

Pozulan faylları bərpa etmək mümkün olacaq

“Whatsapp” istifadəçiləri pozduqları faylları iki ay ərzində bərpa edə biləcəklər.

Gununsesi.info xəbər verir ki, messencerin ixtiraçıları yeni funksiyanı testdən keçirirlər: istifadəçilərin görüntüləri, videoları, sənədləri və səsli mesajları serverdə saxlanılacaq. Fayllar telefondan pozulduqda, onları iki ay ərzində bərpa etmək mümkün olacaq.

İstifadəçilərin şəxsi məlumatları şifrələnmə ilə qorunacaq. Daha öncə fayllar avtomatik olaraq 30 gündən sonra pozulurdu.

Gununsesi.info

COMMENTS