Praqada Ukraynaya dəstək nümayişi keçirilib – VİDEO

  • By admin
  • 04 Mart 2022 23:33

Ölkədə davam edən müharibə fonunda dünyanın müxtəlif yerlərində Ukraynaya dəstək aksiyaları keçirilib.

Belə tədbirlərdən biri də Praqada təşkil olunub. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Çexiya paytaxtının minlərlə sakini meydanlara axışaraq hücuma məruz qalan Ukrayna sakinlərini dəstləkləyiblər.

“Müharibəyə yox” şüarının səsləndirildiyi mitinqdə nümayişçilər əllərində Ukrayna və Avropa İttifaqı bayraqlarını dalğalandırıblar.

Qeyd edək ki, Çexiya məhz Aİ-yə üzv dövlətlərdən biridir.

Gununsesi.info