Pravoslav yəhudiləri İsrail ordusuna çağırılacaq

İsrailin Ali Məhkəməsi yeşiva məktəblərində təhsil alan pravoslav yəhudi tələbələrin İsrail ordusuna çağırılacağına qərar verib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin “Maariv” qəzeti məlumat yayıb.

Bildirilir ki, doqquz hakimin hamısı yekdilliklə qanunun müddəti bitmiş rezervasiyanın ləğvi və bu kateqoriyadan olan vətəndaşların İsrail Müdafiə Qüvvələrinə (IDF) hərbi xidmətə çağırılmasının tətbiqi barədə qərar qəbul edib.

Hakimlərdən biri Maariv-ə bildirib ki, Yeşiva tələbələrinin qəbulundan azad olmaq üçün heç bir hüquqi əsas yoxdur.

Qeyd edək ki, bundan əvvəl İDF komandanlığı təhlükəsizlik vəziyyətini qiymətləndirib və ehtiyatda olan hərbçilərin çağırışını artırmaq qərarına gəlib.

 

 

İlhamə

Gununsesi.info