İngiltərənin “Vest Hem” klubu Argentina millisinin üzvü ilə anlaşıb.
Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “çəkicdöyənlər” yarımmüdafiəçi Qvido Rodriqesi heyətinə qatıb.
30 yaşlı oyunçu yeni komandası ilə 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Q.Rodriqes son olaraq İspaniyanın “Betis” kollektivinin şərəfini qoruyub. O, ötən mövsüm 24 görüşdə 2 qol vurub.
Gununsesi.info