Premyer Liqa: “Neftçi” “Araz-Naxçıvan”ı üç cavabsız qolla üstələyib

  • By ilhame
  • 13 Aprel 2024 20:45

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib

Gununsesi.info xəbər verir ki, günün ikinci matçında “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edib.

“Neftçi Arena”dakı qarşılaşma “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə bitib.

Birinci dəqiqədə Brayan Moreno, 45-ci dəqiqədə Rəhman Hacıyev fərqlənib. 87-ci dəqiqədə İqor Ribeyro avtoqol müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran “Neftçi” ikinci pilləyə yüksəlib. 32 xala malik Naxçıvan təmsilçidi 8-ci sıradadır.

Qeyd edək ki, günün ilk matçında “Zirə” “Qəbələ”ni 2:1 hesabı ilə üstələyib. Ötən gün “Sumqayıt” – “Zirə” qarşılaşması qolsuz başa çatıb. Tura aprelin 14-də yekun vurulacaq.

Gununsesi.info