
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
Gununsesi.info-nun məlumatına görə, günün ikinci matçında “Səbail” “Sabah”ı qəbul edib.
“ASCO Arena”dakı qarşılaşma heç-heçə başa çatıb – 2:2.
Qeyd edək ki, günün ilk görüşündə “Neftçi” səfərdə “Turan Tovuz”u minimal hesabla üstələyib – 1:0. Ötən gün açılış oyununda “Qarabağ” “Sumqayıt”ı beş cavabsız qolla məğlub edib. Tura oktyabrın 1-də “Kəpəz” – “Qəbələ” və “Araz-Naxçıvan” – “Zirə” qarşılaşmaları ilə yekun vurulacaq.
Gununsesi.info