Premyer Liqa: “Sumqayıt”-”Qəbələ” oyunu qolsuz yekunlaşdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun son oyunu keçirilib.

Gununsesi.info-nun məlumatına görə, “Kapital Bank Arena”da “Sumqayıt” və “Qəbələ” komandaları üz-üzə gəlib.

FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşma qolsuz yekunlaşıb – 0:0.

Bu nəticədən sonra xalını 10-a çatdıran “Qəbələ” “Qarabağ”ı topların fərqində keçərək, birinci pilləyə yüksəlib. Xalını 7-yə yüksəldən “Sumqayıt” isə 5-ci pilləyə qalxıb.

Qeyd edək ki, V turun əvvəlki oyunlarında “Qarabağ” evdə “Keşlə” ilə heç-heçə edib – 1:1. “Zirə” səfərdə “Səbail”i, “Neftçi” isə “Sabah”ı eyni hesablı məğlubiyyətə uğradıb – 2:1.

Gununsesi.info