Rusiya təmsilçisi “Rostov”un futbolçusu Eyad El-Askalani zədə səbəbindən mövsümü başa vurub.
Gununsesi.info xəbər verir ki, bu barədə klubun baş məşqçisi Valeri Karpin yerli mətbuata açıqlamasında bildirib.
O, Premyer Liqanın VIII turunda keçirilən “Krasnodar”la görüşdə dizindəki çarpaz bağın yırtılması səbəbindən 7 ay futboldan kənar qalacaq.
Qeyd edək ki, misirli futbolçu cari mövsümün əvvəli “Rostov”a transfer olunub.
Gununsesi.info