Pressklub TV kanalı 100 min izləyici hədəfinə çatdı -FOTO

Azərbaycanda Youtube platforması üzərindən yayımlanan populyar Pressklub TV kanalı 100 min izləyici kütləsinə çatıb. Bu barədə kanalın prodüsseri Azad Nurulu “Feysbuk” səhifəsində məlumat paylaşıb.

Qeyd edək ki, sözgedən Youtube kanalına tanınmış jurnalist, professor Qulu Məhərrəmli rəhbərlik edir. O, sosial media hesabında komandasını əldə etdiyi uğurlara görə təbrik edib.

Azad Nurulu bildirib ki, bazar günü istisna olmaqla həftənin bütün günlərində açılan canlı müzakirələrdə Azərbaycanda və xaricdə olan ekspertlər, politoloqlar, siyasətçilər, habelə cəmiyyətin müxtəlif təbəqlərinin nümayəndələri ilə günün aktual mövzuları müzakirə edilir. “Pressklub TV həm də onlyan platformada peşəkar, plüralizm prinsiplərinə əməl edən azsaylı kanallardan biri kimi tanınır. TV-də Rövşən Nicatın rejisorluğu, habelə tanınmış tele-aparıcı, jurnalist Kamran Həsənli, İlqar Rəsul, Elçin Rüstəmlinin aparıcı olduqları müəllif verlişləri, müxbirlər Fərid İsmayılov, Şamo Eminin  hazırladıqları reportajlar geniş tamaşaçı auditoriyası tərəfindən maraqla izlənilir və paylaşılır”,-deyə o vurğulayıb.

A.Nurulu qeyd edir ki, Pressklub TV həmiçinin vətəndaşların üzünə açıq kanaldır. Onun sözlərinə görə, müxtəlif sosial problemlərlə bağlı kanala göndərilən çoxsaylı şikayətlərlə bağlı araşdırmalar aparılır və qısa zamanda efirə verilir.

Gununsesi.info