Prezidentə qarşı etiraz aksiyasına - 1 milyon insan qatılacaq

  • By admin
  • 26 Noyabr 2016 10:39

etiraz

Seulda Cənubi Koreya lideri Pak Kın Xenə qarşı keçiriləcək etiraz yürüşünə rekord sayda insanın qatılacağı ehtimal edilir.

Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu gün baş tutacaq yürüşdə 1,5 milyon nəfərin iştirak edəcəyi gözlənilir. Sayca 5-ci olan şənbə aksiyasına ölkənin üç müxalifət partiyasının nümayəndələri qatılacaq. Bildirilir ki, təhlükəsizliyin təmin edilməsinə 25 minə yaxın polis əməkdaşı cəlb ediləcək.

Qeyd edək ki, bugünədək keçirilən digər 4 anti-hökumət yürüşündə rekord say noyabrın 19-da qeydə alınıb. Təşkilatçılar həmin gün milyondan çox insanın Seul küçələrinə çıxdığını deyir.

Gununsesi.info