

2016-cı ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd etmək istəyən 44 nəfərlik dəstənin məhkəmə prosesi başlayıb.
Gununsesi.info “Anadolu”-ya istinadən xəbər verir ki, məhkəmə prosesi fevralın 20-də Türkiyənin Muğla şəhərində başlayıb.
Proses Muğlanın Ticarət-Sənaye Palatasının konfrans zalında keçirilir.
Məhkəmə keçirilən binaın ətrafında polis nəzarəti gücləndirilib.
Prosesdə mühakimə edənlərin yaxınları və vəkilləri iştirak edir.
Prokuror mühakimə olunanları prezidentə sui-qəsd düzənlədiklərinə və ölkənin Konstitusion quruluşuna qarşı çıxdıqlarına görə ciddı cəza tələb edir.
Qeyd edək ki, 2016-ci ilin iyulun 15-də axşam saatlarında Türkiyədə dövlət şevrilişinə cəhd zamanı bu qrup qiyamçı hərbçi prezident Ərdoğanın istirahət etdiyi Marmaris otelinə hücum edib.
Hücum Ərdoğan oteli tərk etdikdən bir neçə dəqiqə sonra baş verib.
Qiyamçıların hücumunun qarşısının alınması zamanı iki polis dünyasını dəyişib.
Gununsesi.info