Qazaxıstan prezidentinə sui-qəsdin qarşısı alınıb. Belə ki, qardaş ölkənin xüsusi xidmət orqanları prezident Kasım-Jomart Tokayevə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini qandallayıblar.
Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, casusun hansı ölkənin vətəndaşı olduğu açıqlanmır.
“2022-ci il martın 25-də Nur-Sultan şəhərində Milli Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyatı Qazaxıstan Prezidentinə və bir sıra şəxslərə qarşı sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini, “A” respublikasının vətəndaşını saxlayıb”, – xəbərdə deyilir.
Qeyd olunur ki, saxlanılan şəxs həmçinin digər yüksək rütbəli dövlət qulluqçularına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinir.
Gununsesi.info