Prezidentə sui-qəsd planı hazırlayanların məhkəməsi başlayıb

  • By admin
  • 20 Fevral 2017 13:15
erdogan
2016-cı ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd etmək istəyən 44 nəfərlik dəstənin məhkəmə prosesi başlayıb.
Gununsesi.info “Anadolu”-ya istinadən xəbər verir ki, məhkəmə prosesi fevralın 20-də Türkiyənin Muğla şəhərində başlayıb.
Proses Muğlanın Ticarət-Sənaye  Palatasının konfrans zalında  keçirilir.
Məhkəmə keçirilən binaın ətrafında  polis nəzarəti gücləndirilib.
Prosesdə   mühakimə edənlərin yaxınları və vəkilləri iştirak edir.
Prokuror mühakimə olunanları prezidentə sui-qəsd düzənlədiklərinə və ölkənin Konstitusion quruluşuna qarşı çıxdıqlarına görə ciddı cəza tələb  edir.
 
Qeyd edək ki, 2016-ci ilin iyulun 15-də axşam saatlarında  Türkiyədə dövlət şevrilişinə cəhd zamanı bu qrup qiyamçı hərbçi prezident Ərdoğanın istirahət etdiyi  Marmaris otelinə hücum edib.
Hücum Ərdoğan oteli tərk etdikdən bir neçə dəqiqə sonra baş verib.
Qiyamçıların hücumunun qarşısının alınması  zamanı iki polis dünyasını dəyişib.
Gununsesi.info