İlham Əliyev Əli Əhmədova yeni vəzifə verdi

  • By admin
  • 11 Mart 2020 18:40

Ölkə başçısı İlham Əliyev “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

 

Gununsesi.org xəbər verir ki, sərəncamla Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:

 

“Dövlət Komissiyasının sədri

 

Əli Əhmədov − Azərbaycan Respublikası Baş Nazirinin müavini

 

Dövlət Komissiyasının sədrinin müavini

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri

 

Dövlət Komissiyasının üzvləri

 

Azərbaycan Respublikasının Maliyyə naziri

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri

Azərbaycan Respublikasının Səhiyyə naziri

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.”.

 

Gununsesi.org