Prezident Əli Həsənovla bağlı SƏRƏNCAM İMZALADI

  • Müəllif: admin
  • 20 Aprel 2018 16:00

Prezident İlham Əliyev Əli Həsənovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həllində səmərəli fəaliyyətinə görə Əli Şamil oğlu Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Gununsesi.info