
Azərbaycan prezidenti İlham Əliyev “20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Gununsesi.info-nun məlumatına görə, 1990-cı il 20 Yanvar hadisələri nəticəsində aldıqları xəsarətlərdən vəfat etmiş aşağıdakı şəxslərə “20 Yanvar Şəhidi” fəxri adı verilib:
Adilov Musa Ramazan oğlu
Məmmədova Rəna Təyyar qızı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Gununsesi.info