
Rusiyanın Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov 23 yaşlı qardaşı oğlu Həmzət Kadırovu idman naziri təyin edib.
Gununsesi.org xəbər verir ki, bu barədə Çeçenistanın başçısı sosial şəbəkədə yazıb. Həmzət Kadırov bu posta təyin edilənədək Kurçaloyev rayonunun rəhbəri olub.
Həmzət Kadırov Ramzan Kadırovun 2004-cü ildə ölən böyük qardaşı Zəlimxan Kadırovun oğludur.