Prezident: Nazirlərimə çoxarvadlılığı qadağan etdim

  • By admin
  • 14 May 2022 14:02

Niger prezidenti Mohamed Bazoum nazirlərə maraqlı tapşırıq verib.

Gununsesi.info-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, prezident bildirib ki, çoxarvadlılığı qadağan edir və ikinci qadınla evlənmək istəyən hər kəs nazir postundan istefa verib getməlidir.

Prezident əhalinin sürətlə artmasından da gileylənib: “Əhali sürətlə artır və 1960-cı ildə 3 milyon əhalimiz olduğu halda indi 24 milyondur. Bu da bizim inkişafımızı təhdid edir. Mən nazirlərə çoxarvadlılığı qadağan edirəm, gərək hamı bu prinsipə riayət etsin”.

Gununsesi.info