Prezident İlham Əliyev bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonu qəbul edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.