
Gununsesi.info Modern.az saytına istinadən xəbər verir ki, Gürcüstan prezidenti Georgi Marqvelaşvili ailə üzvlərinə təzyiqdən şikayətlənib. O, qızının evində axtarışların aparılmasından şikayətlənib.
“Kürəkənim Qiqi Çiçuanın evində axtarış aparıldı. Heç bir məhkəmə qərarı da olmadan. Axtarış zamanı bunun məhz həmin şəxsə qarşı təzyiq olduğuna dair işarələr var idi”.
Marqveşavili məsələ ilə bağlı Konstitusiya məhkəməsinin hakimi Georgi Papuaşvili ilə də görüş keçirib.
Gununsesi.info