Prezident Anar Nağıyevi rektor TƏYİN ETDİ - FOTO

  • By admin
  • 18 Fevral 2022 12:52

Anar Rüstəm oğlu Nağıyev Bakı Slavyan Universitetinin rektoru təyin edilib.

Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Anar Nağıyev 2021-ci il iyunun 24-də təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Slavyan Universitetinin ( BSU) rektoru vəzifəsini müvəqqəti icra edən təyin olunmuşdu.

BSU-dakı təyinatadək Anar Nağıyev Təhsil Nazirliyinin Elm,ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib.

Gununsesi.info